Rəsmi saytımıza xoş gəlmişsiniz.
ATU-nun 90 illik tədbiri ilə əlaqədar olan saytımızda sizi salamlayırıq

Salam, hörmətli həmvətənlər!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci il may ayının 14-də “Azərbaycan Tibb Universitetinin 90 illiyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Bu qocaman tibb təhsili və tibb elmi məbədinin məzunları təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da uğurla çalışır, böyük həvəslə bəşər övladlarına tibb xidmətləri göstərirlər.

Əziz həmkarlar! Hamımızın “Alma mater” adlandırdığımız Azərbaycan Tibb Universitetinin yaranmasının 90 illiyi münasibətilə ölkəmizdə təhsilin və elmin inkişafına dövlət qayğısı göstərən cənab Prezident İlham Əliyevi və birinci vitse-prezident Mehriban xanım Əliyevanı, müxtəlif səbəblərdən dünyanın bütün nöqtələrinə səpələnmiş 50 milyondan artıq Azərbaycan xalqını, çoxminli məzunlarımızı, o cümlədən bütün səhiyyə işçilərini, bu qocaman təhsil ocağının əməkdaşlarını və tələbə-gənclərini, magistr və rezidentlərini, həkimlər də daxil olmaqla Dünya Azərbaycanlılarının diaspor təşkilatlarını səmimi qəlbdən təbrik edirəm. Ulu Tanrıdan hamıya möhkəm cansağlığı, xoşbəxtlik, səadət diləyir, yerinə yetirdikləri ən nəcib və ən şəfqətli xeyirxah işlərində yeni uğurlar, yeni nailiyyətlər arzulayıram.

Azərbaycan Tibb Universitetinin rektoru
Professor Gəray Gəraybəyli

Tədbir artıq keçirilmişdir.

Kütləvi informasiya vasitələri
Media tərəfdaşlarımız