Tədbirdə iştirak qaydaları

Konqressdə bütün ixtisas praktik həkimlər və tibb (səhiyyə) işçiləri iştirak edə bilər.

İştirak haqqı

Tədbirdə iştirak edib və DTT kredit balı ilə sertifikat almaq isə ödənişli əsaslarladır və 50 AZN təşkil edir (istisna ATU-nun əməkdaşları, onların üçün iştirak ödənişsizdir və qeydiyyat müvafiq kafedralarda öncədən aparılacaqdır). Ödənilən məbləğ geri qaytarılmır.

Qeydiyyat

  1. Qeydiyyatdan keçərkən ad və soyadı, şəxsiyyət vəsiqənin seriyası, nömrəsi və FİN qeyd olunmalıdır.
  2. Qeydiyyatdan keçərkən işlək email və əlaqə nömrəsini qeyd olunmalıdır.
  3. Qeydiyyatdan keçərkən hər sessiyadanan bir simpozium qeyd olunmalıdır.
  4. Qeydiyyatdan keçən həkimlər açılışda və satellit simpoziumlarda maneəsiz iştirak etmək imkanı əldə edirlər.
  5. DTT kredit balı ilə sertifikat almaq istəyən iştirakçıların davamiyyətinin statistik analizi aparılacaqdır, bunun üçün konqressin seçilən simpoziumlarında iştirakın ən azı 70% olması şərtdir.
  6. Qeydiyyat ödəniş ediləndən sonra mail vasitəsilə təsdiqlənəcək. Bunun üçün sizə müvafiq təsdiq maili gələcəkdir.

ZOOM

Tədbir virtual şəkildə ZOOM platforması vasitəsilə keçiriləcəkdir. Bunun üçün mütləq kompyuterinizə və ya telefonunuza ZOOM yükləməlisiniz.

Buradan yükləyin: https://zoom.us/download

Xahiş edirik, konqressdən öncə mütləq ZOOM istifadə təlimatları ilə tanış olasınız. Konqressi rahat izləmək üçün kompyuterlə qoşulmağınızı və yüksək sürətli internet məkanı seçməyinizi tövsiyə edirik.

Xahiş edirik, qeydiyyatınız təsdiq edildikdən sonra göndərəcəyimiz  ZOOM linki vasitəsi ilə virtual simpoziuma qoşularkən istifadəçi adı olaraq öz ad soyadınızı tam qeyd edəsiniz!  Video görüntüsünü və mikrofonu bütün tədbir boyu bağlı saxlayın. Spikerlərə sualları virtual çatda yaza bilərsiniz.

Dil

Konqress rəsmi Azərbaycan dilində aparılacaqdır. Xarici spikerlər ingilis, türk və rus dilində iştirak edəcəkdir. Tərcümə yalnız Azərbaycan-İngilis, İngilis-Azərbaycan dillərindən ediləcəkdir. Bunun üçün simpozium zamanı ZOOM-da tərcümə otağına daxil olmalısınız.

Qeydiyyat artıq bitmişdir.