(+994) 55 224 07 72
info@atu90.az
Konfrans üçünqeydiyyat
ATU 90 illik tədbir
ATU Elmi-Praktiki
Konqres
  • Haqqımızda
  • Proqram
  • Məruzəçilər
  • Komitə
    • Konqresin sədrləri
    • Elmi komitə
    • Təşkilat komitəsi
  • Sərgi
  • Qalereya
    • Fotolar
    • Videolar
  • Əlaqə
Gedeon Richter
Əsas səhifə / Sərgi / Gedeon Richter
Gedeon Richter

Gedeon Richter

1901-ci ildə əsası qoyulmuş «Gedeon Richter» macar əczaçılıq şirkətinin ən mühim məqsədi – müxtəlif xəstəliklərlə mübarizədə insanların ehtiyaclarını təmin etmək və bununla da, pasiyentlərin həyat keyfiyyətini yaxşılaşdırmaqdır. Bu məqsədə çatmaq üçün, şirkətin 1000-dən artıq tədqiqatçısı ginekologiya, nevrologiya, kardiologiya kimi terapevtik sahələri əhatə edən yenilikçi və araşdırıcı fəaliyyətlər həyata keçirirlər.

Hal-hazırda «Gedeon Richter» şirkəti Mərkəzi və Şərqi Avropada dərman preparatlarının ən iri istehsalçısıdır. Şirkət 38-dən çox ölkədə beş istehsal müəssisəsi, 26 nümayəndəlik, 38 törəmə şirkət və topdansatış şirkətləri ilə təmsil olunur. Şirkətin Azərbaycandakı nümayəndəliyi 1997-ci ildən fəaliyyət göstərir.

REAGILA® - Şizofreniya müalicəsində yeni preparat

Şizofreniyanın müalicəsi üçün yeni atipik antipsixotik vasitə olan REAGILA® (kariprazin) “Gedeon Richter” şirkətinin tədqiqatçılarının 20 ilə yaxındır araşdıraraq işləyib hazırladıqları orijinal məhsuldur. “Gedeon Richter” şirkəti bu dərmanının hazırlanmasına görə innovasiya sahəsində Macarıstan Milli Qran Prisini almışdır. Kariprazin artıq ABŞ-da böyük tələbata malik dərman preparatı kimi istifadə olunur (şizofreniya və bipolyar pozğunluq göstəricilərinə görə), Qərbi və Şərqi Avropanın 14 ölkəsində – Almaniya, Macarıstan, İsveçrə, Böyük Britaniya, Çexiya, İrlandiya və digər ölkələrdə isə, preparat artıq məhdud dərmanların siyahısına daxil edilmiş və dövlət səviyyəsində təmin edilir.

İnnovativ dərman preparatı şizofreniyanın müalicəsində mövcud yanaşmaları kökündən dəyişdirmək üçün nəzərdə tutulur. Xüsusilə, bu dərman yalnız şizofreniyanın müsbət simptomlarının deyil, həmçinin mənfi simptomlarının da müalicəsində öz effektivliyini göstərmiş və beləliklə, bu ağır xəstəlikdən əziyyət çəkən xəstələrin cəmiyyətə qayıtmasını mümkün etmişdir.

Dərman təlimatını yüklə

Digər dərman preparatları

Aertal / Airtal®
ətraflı məlumat

Aertal / Airtal®

INN
Aceclofenac

Buraxılış forması
Tabl. 100 mq №20
Suspenziya hazırlamaq üçün toz 100 mq №20
Krem 1,5% 60 qr

Aertal – “Gedeon Richter” şirkətindən aseklofenak tərkibli orijinal yüksək effektivli QSİƏP. Oynaqların və belin kəskin və xroniki iltihabi xəstəliklərinin müalicəsində yüksək təhlükəsizlik və xondroprotektiv təsir göstərir (revmatoidli artrit, osteoartroz, ankilozəedici spondilit, dismenoreya, idman və s. travmalar).

Belara®
ətraflı məlumat

Belara®

INN
Chlormadinone acetat  + ethinylestradiol

Buraxılış forması
Örtüklü tabletlər 2 mq + 30 mkq №21

Belara – “Gedeon Richter” şirkətinə məhsus olan orijinal aşağı dozalanmış kombinə olunmuş kontraseptivdir. Yüksək kontraseptiv etibarlılığı və ciklin nəzarətini antiandrogen effektivliyi ilə birləşdirir. Sızanaqlar, hirsutizm, seboreya, polikistoz yumurtalıqların sindromu olan xəstələrdə hiperandrogenizm sindromunun müalicəsində effektiv olduğu sübut edilmişdir.

Kavinton, Kavinton forte / Cavinton®, Cavinton® forte
ətraflı məlumat

Kavinton, Kavinton forte / Cavinton®, Cavinton® forte

INN
Vinpocetine

Buraxılış forması
Tabletlər 5 mq №50
Tabletlər 10 mq №30
İnyeksiya üçün məhlul 10 mq/2ml №10; 25 mq/5 ml №10; 50 mq/10 ml №5

Kavinton və Kavinton forte – “Gedeon Richter” şirkətindən vinposetin tərkibli orijinal nootropik preparat. Selektiv olaraq beyin qan dövranını və qidalanmasınıı yaxşılaşdırır. AH fonunda inkişaf edən pozulmuş koqnitiv funksiyaları  yaxşılaşdırmaq üçün etibarlı və zamanla sınaqdan keçirilmiş preparat.

Diroton®
ətraflı məlumat

Diroton®

INN
Lisinopril

Buraxılış forması
Tabletlər 5 mq, 10 mq, 20 mq №28

Diroton – sübut edilmiş effektivliyi və təhlükəsizliyi ilə qaraciyərdə metabolizmə uğramayan yeganə uzun müddətli ACF inhibitor. Yüksək AT və ÜDX, xüsusilə qaraciyər problemi və piylənmə olan xəstələrdə effektiv və təhlükəsiz müalicə və hədəf orqanların qorunmasını təmin edir.

Ekvator®
ətraflı məlumat

Ekvator®

INN
Lisinopril + Amlodipine

Buraxılış forması
 Tabletlər 10 mq + 5 mq №30; 20 mq + 10 mq №30; 20 mq + 5 mq №30

Ekvator – sübut edilmiş orqanoprotektiv təsiri ilə uzun müddətli lizinoprillə amlodipinin unikal fiksə olunmuş kombinasiyası. AH, o cümlədən, yanaşı ŞD, rezistent AH, yüksək ÜD riski ilə xəstələrdə effektiv və təhlükəsiz müalicə təmin edir.

Qroprinosin, Qroprinosin-Rixter / Groprinosin®, Groprinosin®- Richter
ətraflı məlumat

Qroprinosin, Qroprinosin-Rixter / Groprinosin®, Groprinosin®- Richter

INN
Inosin pranobex

Buraxılış forması
Tabletlər, 500 mq №50
Şərbət 250 mq/5 ml, 150 ml

Immunomodulyasiya aktivliyinə malik olan virus əleyhinə dərman. Qroprinosin, kompleks antiviral təsirin sayəsində, virusların çoxalmasının erkən mərhələdə (transkripsiya mərhələsində) qarşısını alır və eyni zamanda immuniteti gücləndirir.

Mertenil®
ətraflı məlumat

Mertenil®

INN
Rosuvastatin

Buraxılış forması
Örtüklü tabletlər 5 mq, 10 mq, 20 mq №30

Mertenil – “Gedeon Richter”dən Avropa istehsallı rosuvastatin, ürək-damar xəstəliklərinin müalicəsi və profilaktikası üçün ən təsirli son nəsil statin. Qan lipid spektrini  tez normallaşdırır və bununla da aterosklerotik mənşəli ÜD xəstəlikləri və lipid mübadiləsi pozğunluğu olan xəstələrdə ÜD riskini azaldır.

Midokalm / Mydocalm®
ətraflı məlumat

Midokalm / Mydocalm®

INN
Tolperisone

Buraxılış forması
Örtüklü tabletlər – 50 mq, 150 mq №30

Midokalm – “Gedeon Richter” şirkətindən ağrı və spastik vəziyyətlərin müalicəsi üçün ideal miorelaksant. Yüksək effektivliyi və təhlükəsizliyi özündə birləşdirir. Sürətli effektinə görə və sedativ təsirinin olmaması səbəbindən bel ağrısı olan aktiv xəstələrin həmçinin insultdan sonrakı spastikliyin müalicəsində əvəzolunmazdır.

Panangin®, Panangin® forte
ətraflı məlumat

Panangin®, Panangin® forte

INN
Potassium asparaginate + Magnesium asparaginate

Buraxılış forması
Tabletlər 158 mq K⁺ + 140 mq Mg²⁺ №50
Venadaxili infuziya məhlulu 10 ml №5
Tabletlər 316 mq K⁺ + 280 mq Mg²⁺ №60 (forte)

Panangin  – digər dərmanlarla birlikdə ÜDX profilaktikası və müalicəsi üçün tərkibində К və Мg olan zaman sınağından keçmiş “Gedeon Richter” şirkətinin preparatı. Orqanizmi K və Mg-un təhlükəsiz miqdarları ilə təmin edərək ÜD riskini azaldır.

Postinor®
ətraflı məlumat

Postinor®

INN
Levonorgestrel

Buraxılış forması
Tabletlər 0,75 mq №2

Postinor təcili kontrasepsiya üçün preparatdır, qorunulmamış cinsi əlaqədən sonra 3 gün (72 saat) ərzində istifadə edildikdə arzuolunmaz hamiləlikdən qorunmağa kömək edir.

Predizin®
ətraflı məlumat

Predizin®

INN
Trimetazidine

Buraxılış forması
Uzadılmış təsir müddəti ilə film örtülkü tabletlər 35 mq №60

Predizin – “Gedeon Richter” şirkətindən keyfiyyətli Avropa istehsallı uzadılmış təsirə malik münasib qiymətə olan trimetazidin. Kompleks müalicədə olaraq ÜİX ilə xəstələrdə ÜD riskini azaldır və həyat keyfiyyətini yaxşılaşdırır.

Rigevidon®
ətraflı məlumat

Rigevidon®

INN
Ethinylestradiol + Levonorgestrel

Buraxılış forması
Örtüklü tabletlər 30 mkq + 150 mkq №21, №63

Rigevidon – aşağı dozalı monofaz kombinə edilmiş oral kontraseptivdir.

Kvamatel / Quamatel®
ətraflı məlumat

Kvamatel / Quamatel®

INN
Famotidine

Buraxılış forması
Tabletlər 20 mq №28; 40 mq №14

Kvamatel – turşudan asılı mədə-bağırsaq xəstəlikləri olan pasiyentlərin müalicəsi üçün effektiv preparat (12-barmaq bağırsaq xorası, xoşxassəli mədə xoraları, qastro-ezofaqal reflüks, mədə şirəsinin hipersekresiyası ilə müşayiət olan digər vəziyyətlər).

Veroşpiron / Verospiron®
ətraflı məlumat

Veroşpiron / Verospiron®

INN
Spironolactone

Buraxılış forması
Tabletlər 25 mq №20

Veroşpiron – “Gedeon Richter” şirkətindən spironolakton, ən təsirli kalium saxlayıcı diuretik.  Rezistent hipertenziya və/və ya ürək çatışmazlığı olan xəstələrdə ÜDX müalicəsində zaman sınağından keçmiş qızıl standart.

Əvvəlki
HSI - Health & Science Initiatives
Sonrakı
Geropharm

Azərbaycan Tibb Universitetinin 90 illik Yubileyinə həsr olunmuş “Təbabətin aktual problemləri” Beynəlxalq Elmi-Praktiki Konqresi

Ünvan
Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küç. 167

Sayt xəritəsi

Haqqımızda Fəxri sədrlər Elmi-komitə Təşkilat komitəsi Məruzəçilər Proqram Qalereya Qeydiyyat Sərgi Əlaqə

Bizimlə əlaqə

Ən son yeniliklərdən xəbərdar olmaq üçün və ya əlavə suallarınızla bağlı aşağıdakı əlaqə vasitələri ilə bizimlə ünsiyyətə keçə bilərsiniz.
Telefon
(+994) 55 224 07 72
Email
info@atu90.az
2021 © Bütün hüquqlar qorunur.
ATU 90 illik Yubiley
Back To Top
×
  • Haqqımızda
  • Proqram
  • Məruzəçilər
  • Komitə
    • Konqresin sədrləri
    • Elmi komitə
    • Təşkilat komitəsi
  • Sərgi
  • Qalereya
    • Fotolar
    • Videolar
  • Əlaqə